Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu bu gün keçiriləcək.

Günün yeganə matçında son çempion “Sabah” NTD ilə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Naxçıvan” “Gəncə”ni (72:70), “Neftçi” “Sumqayıt”ı (86:69) məğlub edib. “LANDAU Lions” – “Ordu” matçı qeyri-müəyyən müddətə təxirə salınıb.