“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qırmızı-qaralar” Elvin Camalovu sıralarına qatıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Qəbələ” Akademiyasının yetirməsi olan Camalov 2012-ci ildən 2019-cu ilə qədər bu klubun formasını geyinb. O, 2013-2019-cu illərdə “Qəbələ”nin əsas komandasında 132 matç keçirib. Yarımmüdafiəçi daha sonra “Zirə”, “Sabah” və “Neftçi”də çıxış edib.