3×3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi dünya çempionatında play-in mərhələsi oyununu keçirib.
Komandamız bu etapda Litva seçməsi ilə qarşılaşıb. Olduqca çətin alınan və əlavə vaxta kimi uzanan matç yığmamızın 14:12 hesablı qələbəsi ilə bitib.
1/4 finala adlayan milli Almaniya ilə üzləşəcək. Görüş sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.













