Misli Premyer Liqasında VII turun daha iki görüşü baş tutub.
“Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 1:1. Əgər “Zirə” 11 xalla turnir cədvəlində 5-cidirsə, 1 xal geri qalan “Şamaxı” “Kəpəz”lə birgə 6-7-ci yerləri bölüşür.
Günün ikinci matçında “Sumqayıt” evdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Mövsümdə ilk qalibiyyətini alan “kimyaçılar” 5 xalla 8-ci, 4 xallı “Qəbələ” 9-cudur.















