Misli Premyer Liqasında XXXI tur start götürüb.
Quba şəhər stadionunda keçirilən matçda “İmişli” “Zirə”ni qəbul edib. Görüş qolsuz heç-heçə ilə bitib.
Çempionluğunu rəsmiləşdirən “Sabah” isə “Kəpəz”la qarşılaşıb. 0:1 hesabı ilə məğlub olan “bayquşlar” cari mövsümdə ikinci dəfə uduzub. Bununla da onların 33 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

















