Dünya Çempionatı-2026-da II turun növbəti oyunları keçirilib.
E qrupunda Almaniya Kot d’İvuarla matçda hesabda geri düşsə də, yekunda 2:1 hesablı qələbə qazanıb. 6 xala malik “Bundestim” pley-off mərhələsinə vəsiqəni təmin edib. Gecənin sensasiyası Ekvador – Kürasao matçında yaşanıb. Qarşılaşma 0:0 bitib və tərəflər hərəyə 1 xal qazanıb. Son turda 3 xalla ikinci olan Kot d’İvuar seçməsi Kürasao ilə, Ekvador isə Almaniya ilə üzləşəcək.
F qrupunun ilk görüşündə Niderland İsveçi 5-1 hesabı ilə məğlub edib. Yaponiya isə Tunisdən 4:0 güclü olub. Hazırda Niderland 4 xalla liderdir. Yaponiya rəqibindən yalnız əlavə göstəricilərdə geri qalır. İsveçin aktivində 3 xal var. Xalsız Tunisin isə qrupda qalacağı dəqiqləşib.














