Bu gün Misli Premyer Liqasında VII turun daha iki görüşü keçiriləcək.

Saat 17:00-da təyin edilən matçda “Zirə” “Şamaxı”nı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil ediləcək oyunu Fərid Hacıyev idarə edəcək.

Sumqayıt şəhər stadionunda isə “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq. 19:30-da başlayacaq qarşılaşmada ədaləti Kamranbəy Rəhimov qoruyacaq.