Azərbaycanın 15 yaşadək qızlardan ibarət voleybol millisi III MDB Oyunlarında 3-cü yeri tutub. Yığma bu gün Özbəkistan millisini 3-1 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb. Qeyd edək ki, lll MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən voleybol yarışının finalında Rusiya və Belarus yığmaları qarşılacaq.