Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Yarışın dördüncü günündə Azərbaycanın daha dörd idmançısı tatamiyə çıxacaq.
81 kq-da mübarizə aparan Vüsal Qələndərzadə ilk duelində bolqarıstanlı Xristo Balkovla üzləşəcək. Bu çəkidəki digər cüdoçularımız Zelim Çkayev və Orxan Rəcəbli, habelə qadınlar arasında 63 kq-da Hanna Zaytseva birinci mərhələdən azaddırlar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. 60 kq-da Əhməd Yusifov dünya çempionu olubsa, 73 kq-da Rəşid Məmmədəliyev bürünc mükafata sahib çıxıb.









