“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Son Azərbaycan çempionu A qrupu çərçivəsində səfərdə Litvanın “Ritas” komandası ilə üzləşib. Görüş rəqibin 82:78 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Kvartetin sabah baş tutacaq digər matçında “Trabzonspor” Fransa təmsilçisi “Nanter”i qəbul edəcək. “Sabah” II turda Türkiyədə məhz “Trabzonspor”la qarşılaşacaq.