Azərbaycanın futbol üzrə U-21 milli komandası AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində son matçını keçirib.

Əlincə stadionunda təşkil edilən matçda yığmamız B qrupu çərçivəsində Cəbəllütariqi qəbul edib. Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə bitib. Xatırladaq ki, millimiz bu rəqibinə qarşı səfər matçında da qalib gəlmişdi (1:0).

Beləliklə, B qrupunu 10 xalla 5-ci yerdə bitirən U-21 millimiz tarixinin ən yaxşı göstəricisinə imza atıb.