“Sabah”ın U-10 komandası Avstriyanın Trayskirxen şəhərində keçirilən “Eurocup Trophy 2025” beynəlxalq futbol turnirində iştirak edib. Komandamız ilk gün baş tutan yarışda Avstriyanın “Sokker Skul Vyana” (2:1), “Traiskirxen” (3:1), Serbiyanın “Fortuna Pançevo A” (3:1) və Almaniyanın “Teresienfild” (5:0) komandalarını məğlub edib. Həlledici görüşdə “Traiskirxen”ə məğlub olan (2:3) “Sabah” turnirin ilk gününü ikinci pillədə başa vurub. Aydın Manaflının baş məşqçisi olduğu kollektiv növbəti gün keçirdikləri oyunlarda “Sokkeer Skul Vyana” (2:1), “İnzersdorf” (7:0), Serbiyanın “Fortuna Pançevo A” (4:1) və “Fortuna Pançevo B” (4:0) komandalarını məğlub edib. Final oyununda yenidən “Fortuna Pançevo A” ilə üzləşən “Sabah” 1:2 hesabı ilə məğlub olaraq, yekun nəticədə ikinci yeri tutub.















