“Sabah” və Almaniyanın “Borussiya” (Dortmund) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyunu üçün təyinatlar açıqlanıb.
Liqa mərhələsinin III turunun matçı İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Xavyer Alberola Roxasa həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Victor Qarsiya Verdura yerinə yetirəcək.
VAR-da Sesar Soto Qrado, AVAR-da Valentin Qomes əyləşəcək.
Xatırladaq ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya” oyunu saat 20:45-də start götürəcək.

















