Niderland milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Narıncılar”ın sükanı arxasına Xavi keçib. 46 yaşlı ispaniyalı mütəxəssislə bağlanan müqavilə 2030-cu ilə kimidir.

Qeyd edək ki, son olaraq “Barselona”nı çalışdıran Xavi Kataloniya klubu ilə İspaniya çempionatının və superkubokunun qalibi olub.