“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Klub Rafael Utziqlə cari mövsümünün sonuna qədər müqavilə imzalayıb.

30 yaşlı braziliyalı vinger daha əvvəl də “Qəbələ”də çıxış edib. O, 2020-2023-cü illərdə komandanın heyətində 94 oyuna çıxıb və 18 qol vurub. O, daha sonra Azərbaycanda “Zirə” komandasında da oynayıb.

Rafael Utziq son olaraq Vyetnamın “Ho Çi Minh Siti” klubunda çıxış edib.