Bu gün “Kəpəz”in əvəzedicilərdən ibarət heyəti Azərbaycanın U-19 yığması ilə yoxlama matçı keçirib.

Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüş 1:1 hesabı ilə nəticələnib.

Birinci hissəsi qolsuz bərabərliklə başa çatan oyunda fasilədən sonra milli komanda hesabı açıb. “Kəpəz” Amur Yusifovun qolu sayəsində tarazlığı bərpa ediblər.

Qeyd edək ki, U-19 yığması “Kəpəz”in bazasında təşkil olunan təlim-məşq toplanışı çərçivəsində oktyabrın 2-də əsas komanda ilə qarşılaşacaq.