Slovakiyanın paytaxtı Bratislavada bu ölkənin ev sahibliyi edəcəyi minifutbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.
Yığma F qrupunda Fransa, İtaliya və Avstriya seçmələri ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 27 may-4 iyun tarixlərində keçiriləcək.















