Misli Premyer Liqasında V tura start verilib.

Günün yeganə matçında “Neftçi” “İmişli”nin qonağı olub.

Yevlax şəhər stadionunda baş tutan qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 3:2.

Meydan sahiblərinin heyətində 29-cu dəqiqədə Bəxtiyar Həsənalızadə, 45+7-ci dəqiqədə isə penaltidən Azər Salahlı fərqlənib.

Bakı təmsilçisinin qollarına 12-ci dəqiqədə Freddi Varqas, 28-ci dəqiqədə Breno Almeyda, 80-ci dəqiqədə Qustavo Klisman imza atıblar.

Xallarının sayını 12-yə çatdıran “Neftçi” birinci pillədə qərarlaşıb. “İmişli” 4 xalla səkkizincidir.

Xatırladaq ki, turun digər oyunları 12, 13 və 14 sentyabrda olacaq.