Mövsümün ilk “Böyük Dəbilqə” turniri olan “Australian Open”də qadınların mübarizəsinə yekun vurulub.
Final matçında dünya reytinqinin birincisi Arina Sabalenka 5-ci pillə mövqe tutan qazaxıstanlı Yelena Rıbakina ilə qarşılaşıb.
İlk set 6:4 Rıbakinanın xeyrinə bitib. Eyni hesabın qeydə alındığı ikinsi hissədə bu dəfə güclü tərəf Sabalenka olub. Ancaq üçüncü seti yenə 6:4-lük üstünlüklə bitirən Rıbakina 2:1 hesablı qələbə qazanıb və karyerasında ilk dəfə Avstraliya açıq turnirinin qalibi olub. Bu, onun 2022-ci ildə “Uimbldon”dakı zəfərindən sonra əldə etdiyi ikinci “Böyük Dəbilqə” tituludur.
Sabalenka isə ardıcıl ikinci dəfə “kenqurular ölkəsi”də finalda uduzub. Maraqlıdır ki, o buna kimi 2022 və 2023-cü illərdə “Australian Open”in qalibi adını əldə edib.
Qeyd edək ki, sözügedən turnirdə kişilərin finalı fevralın 1-i keçiriləcək. Həlledici dueldə Karlos Alkaras və Novak Cokoviç üz-üzə gələcək.















