AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

O, avqustun 11-i UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İberiya 1999” (Gürcüstan) – “Larn” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Tbilisi şəhərində yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək.