Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanmış Azərbaycan bocciaçısı Sona Ağayeva reytinq cədvəlində 8-ci pilləyə yüksəlib.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

O, sözügedən turnirdə 48 xal qazanıb. İdmançı bununla da xallarının sayını 74-ə çatdıraraq 7 pillə irəliləyib.