Misli Premyer Liqasının V turunda “Qəbələ” komandası “Kəpəz”lə səfər matçına da qapıçı məşqçisi Amil Ağacanovun rəhbərliyi altında çıxacaq.
O, sabiq baş məşqçi Kaxaber Tsxadadzenin istefasından sonra hələ də axtarışları davam etdirdiklərini söyləyib.
Xatırladaq ki, çempionatın IV turunda “İmişli” ilə görüşdə (2:1) də komandaya A.Ağacanov rəhbərlik edib. “Kəpəz” – “Qəbələ” matçı sentyabrın 12-də, saat 17:30-da Gəncə stadionunda start götürəcək.

















