Polşa çempionatında 5-ci tura start verilib. Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Rakuv” doğma meydanda “Qurnik Zabje” ilə üzləşib.
Ekstraklasaya uğursuz başlayan “göy-qırmızılar” yenə “qara zolaq”dan çıxa bilməyib və bu dəfə 1-2 hesabı ilə məğlubiyyətə uğrayıb. Komandasının nəticəsinə baxmayaraq, məhsuldar çıxışı ilə seçilən Emreli ev sahiblərinin yeganə qolunu vurub. Bu, onun liqada 3-cü, mövsümdə isə 6-cı qolu olub.
Qeyd edək ki, xal qazana bilməyən “Rakuv” hazırda turnir cədvəlinin sonuncusudur.















