İspaniya La liqasında 37-ci turun oyunları keçirilib.

Çempionluğunu rəsmiləşdirən “Barselona” doğma “Kamp Nou”da “Betis”i qəbul edib. Matç kataloniyalıların 3:1 hesablı qələbəsi ilə bitib.

Beləliklə, “Barselona” liqada 19-cu ev oyununu qələbə ilə bitirib və Primera tarixində bir ilkə imza atıb.