21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək.

Yığmamızın ilk matçı sentyabrın 25-i evdə Çexiyaya qarşı olacaq. Ardınca futbolçularımız sentyabrın 30-u Şotlandiya səfərində bu ölkədən olan həmyaşıdları ilə üzləşəcəklər.

Oktyabrın 6-da isə komandamızı doğma meydanda Cəbəllütariqlə görüş gözləyir.