Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də Millətlər Liqası çərçivəsində keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.
Xatırladaq ki, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınmışdıq.
Ancaq tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
















