Misli Premyer Liqasının III turunun daha iki görüşü baş tutub.
“Kəpəz” yenilənmiş Gəncə Şəhər Stadionunda “Turan Tovuz”u qəbul edib. Qərb derbisi ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
Mərkəzi qarşılaşmada ilk iki turu qələbə ilə başa vuran “Zirə” və “Neftçi” birincilərin meydanında üzləşib. Qarşılaşmada “Zirə” 1:0 hesabı ilə qələbə qazanıb. III tura sabah iki oyunla yekun vurulacaq.















