Bu gün Filippinin paytaxtı Manilada 3×3 basketbol üzrə qadınların Dünya seriyasına start veriləcək. Azərbaycanı turnirdə “Neftçi” kollektivi təmsil edəcək.

Dina Ulyanova, Aleksandra Mollenhauer, Aoi Katsura və Brianna Freyzerdən ibarət kollektiv B qrupu çərçivəsində Polşa və Çin komandaları ilə qarşılaşacaq.

Görüşlər müvafiq olaraq saat 11:20 və 15:30-da başlayacaq.