Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində ilk oyununa çıxıb.
Ağdam klubu Niderland səfərində “Tvente” ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. 53-cü dəqiqədə Kadi Borgesin dəqiq zərbəsi komandamıza 1:0 hesablı vacib qələbə qazandırıb.
Qeyd edək ki, Bakıda baş tutacaq cavab görüşü avqustun 27-i keçiriləcək.















