Bu gün UEFA Konfrans liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Niderlandda “Tvente” ilə üzləşəcək. Bu, tərəflərin beşinci qarşıdurması olacaq. Ağdam klubu 2014-2015 mövsümündə Avropa Liqasının pley-off etapında məhz “Tevente”ni mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə qitə yarışlarının əsas mərhələsinə vəsiqə qazanıb.

Saat 22:00-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq matçı albaniyalı referi Yucin Caya idarə edəcək.