Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün birinci turunda oyunları stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.
Ən yüksək göstərici “Turan Tovuz” – “Qəbələ” matçında qeydə alınıb. Tovuz şəhər stadionunda bu qarşılaşmanı 4800 azarkeş izləyib.
Digər qarşılaşmalarda “Sumqayıt” – “Neftçi” matçında 1350, “Qarabağ” – “Şamaxı” oyununda 1215, “Sabah” – “Kəpəz” görüşündə 1132, “Zirə” – “Şəfa” qarşılaşmasında 800, “Araz-Naxçıvan” – “İmişli” duelində isə 300 tamaşaçı olub.















