Bu gün Misli Premyer Liqasında 2026-2027 mövsümünə start verilir.
Birinci turun açılış qarşılaşması Tovuz şəhər stadionunda baş tutacaq. Burada “Turan-Tovuz” və “Qəbələ” komandaları münasibətlərinə aydınlıq gətirəcək. Ötən mövsüm Premyer liqada 3-cü pillənin sahibi olan və yay təlim-məşq toplanışının əsas mərhələsini Türkiyənin paytaxtı Ankarada təşkil edən qərb təmsilçisi burada meydana çıxdığı dörd matçın ikisində qələbə qazanıb, ikisində isə sülhə razı olub. Komanda beş oyunçu ilə vidalaşıbsa, dörd futbolçunu sıralarına cəlb edib.
“Qəbələ” isə yeni mövsümə doğma şəhərdə hazırlaşıb. “Radarlar” 10 oyunçu ilə yollarını ayırıb, heyətini 6 legioner ilə gücləndirib. “Qırmızı-qaralar” qüvvəsini sınadığı yoxlama matçlarında üç qələbə qazanıb, bir dəfə məğlub olub və üç heç-heçə edib. Saat 19:30-da start götürəcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.
















