Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Neftçi” yoxlama matçında gücünü sınayıb.

“Ağ-qaralar” I Liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb. Görüş Yuri Vernidubun kollektivinin 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, elitada 2026-2027 mövsümü avqustun 13-ü, aşağı divizionda isə sentyabrın 3-ü start götürəcək.