Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin “Hamrun” (Malta) – “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 16-da, Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.