Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək “Şəfa” yeni tranferini açıqlayıb.
Bakı klubu fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə 2+1 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu son olaraq Belçikanın “Akren-Lessin” klubunda çıxış edib. O, həmçinin ölkəsində “Olimpik Markkua” və “Krua” komandalarının formasını geyinib.
















