Bakıda keçiriləcək “UFC Fight Night” turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Bununla yanaşı, döyüş gecəsində rusiyalı Şarabutdin Maqomedov ilə braziliyalı Miçel Pereyra arasında qarşılaşma baş tutacaq.
Xatırladaq ki, “UFC Fight Night” turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil ediləcək.













