UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus” ilə qarşılaşan “bayquşlar” səfərdə qeydə alınan 1:2-lik məğlubiyyətin ardından evdə rəqibinə 4:0 hesabı ilə qalib gələrək Avropanın bir nömrəli klub turnirinin pley-off mərhələsinə yüksəldi.

Komandamız liqa mərhələsinə vəsiqə qazanmaq uğrunda “Srvena Zvezda” (Serbiya) – “Hapoel Beer-Şeva” (İsrail) cütünün qalibi ilə üzləşəcək.

Bu qələbə sayəsində Valdas Dambrauskasın kollektivi həmçinin UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.