Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib.
MLS-in “Kolambus Kryu” klubuna məxsus 23 yaşlı hücumçu icarə əsasında Türkiyə təmsilçisində çıxış edəcək. O, yeni komandasında 90 nömrəli formanı geyəcək.
Xatırladaq ki, Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub və “sarı-qaralar” ilə 3,5 illik müqavilə imzalayıb.
















