UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlar çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” matçının hakimləri dəyişdirilib.
Daha əvvəl qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasınıa tapşırılmışdı. Lakin dəyişiklikdən sonra matçın idarəsi fransalı referi Villi Delajoya həvalə olunub. Ona yan xətt hakimləri kimi Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.
Qeyd edək ki, “Sabah” – “Orhus” oyunu avqustun 11-də keçiriləcək. Danimarkada baş tutan ilk matç rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.















