“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Qərb klubu serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib.
28 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanıb.
Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qoruyan stopper daha əvvəl “İMT Novi Beoqrad”, “Vojdovats” Türkiyədə “Konyaspor” klublarında çıxış edib.















