Azərbaycan Premyer Liqası təmsilçilərindən “İmişli” və “Araz-Naxçıvan” yoxlama oyununda üz-üzə gəliblər.

Görüş Bakı Olimpiya stadionunun köməkçi meydanında keçirilib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. Qeyd edək ki, ölkə çempionatı avqustun 14-ü başlayacaq.