Almaniya təmsilçisi “Ayntraxt” heyətini yeni hücumçu ilə gücləndirib. Frankfurt təmsilçisi II Bundesliqadan “Elfersberq”də çıxış edən Yunes Ebnutalibi heyətinə qatıb.

Cari mövsüm aşağı divizionda 17 matçda 12 qol yadda qalan 22 yaşlı forvard bombardirlər siyahısında başçılıq edirdi.

Qeyd edək ki, “Qarabağ” yanvarın 21-i UEFA Çempionlar liqasının əsas mərhələsinin VII turu çərçivəsində Bakıda “Ayntraxt”la üzləşəcək.