“Şəfa” daha bir futbolçunun keçidini açıqlayıb.
Bakı klubu niderlandlı müdafiəçi Kristofer Mamengi ilə “1+1” illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu ölkəsində “Utrext” və “Almere”, Kosovoda isə “Priştina” klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.

















