Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə start veriləcək. Azərbyacanın turnirdəki təmsilçisi “Qarabağ” ilk oyununa çıxacaq.
İlk etapda İslandiyanın “Vestri” klubunu mübarizədən kənarlaşdıran ağdamlılar, bu dəfə Bolqarıstandan “ÇSKA Sofiya” kollektivi ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matç saat 20:00-da başlayacaq. İtaliyalı Daniel Kiffinin idarə edəcəyi görüş “CBC Sport”la canlı yayımlanacaq.

















