Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib. Son zamanlar səhətində ciddi problemlər yaşayan mütəxəssis 80 yaşında dünyasını dəyişib. Onun son iş yeri Rumıniya milli komandası olub.
Qeyd edək ki, özündən sonra zəngin bir karyera qoyub gedən, baş məşqçi kimi 35 titula yiyələnən Luçesku “Qalatasaray” və “Beşiktaş”la Türkiyə çempionluğu yaşayıb. Onun rəhbərliyində “sarı-qırmızılar” UEFA Super kubokunu əldə edib.
“Şaxtyor”dakı işi ilə də tanınan çalışdırıcı Donetsk klubu ilə 8 dəfə Ukrayna liqasının qalibi olub və UEFA Kubokunu qazanıb.














