Dünyanın idman paytaxtı olan Bakı şəhəri daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Söhbət 17 yaşadək güləşçilər arasında təşkil olunacaq dünya çempionatından gedir. Bu gün mundial öncəsi millilərimizin açıq məşqçi baş tutub və yarışda iştirak edəcək yekun heyət açıqlanıb.

Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, ardınca isə qurumun baş katibi Pərvin Piriyev çıxış edərək komandalarımıza uğurlar arzu ediblər. Daha sonra millilərimizin yekun heyəti elan edilib. Böyük məşqçisi Rafiq Hüseynov olan yunan-roma millimiz və Hacı Əliyevin çalışdırdığı sərbəst güləş komandamız 10 çəkidə 10 pəhləvanla mundialda iştirak edəcək. Mariya Stadnikin sükanı arxasında olduğu qızlardan ibarət yığmamız isə turnirdə 9 çəkidə 9 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.