Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir. Dünən yarışda 4-cü turun görüşləri keçirilib.

Bu mərhələdə Çexiya seçməsi il üzləşən Azərbaycanın kişilərdən ibarət millisi 2:2 hesablı heç-heçə edib. Aydın Süleymanlı, Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı və Eltac Səfərli öz partiyalarında bərabərliyə razılaşıblar.

Qadın millimiz isə İngiltərə ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib. Gövhər Beydullayeva duelini qazanıbsa, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva heç-heçə ediblər.

Bundan əvvəl kişi millimiz Mərakeşi, Filippinləri, İsveçrəni məğlub edən kişi millimiz 7 xalla turnir cədvəlinin 8-ci pilləsindədir. Qvatemala, Danimarka və İsveçdən güclü olan qadın komandamız isə 8 xalla 8-ci sırada qərarlaşıb.

Qeyd edək ki, Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.