Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq. Valdas Dambrauskasın komandası II təsnifat mərhələsinin ilk görüşündə Finlandiya çempionu KuPS-u qəbul edəcək.

UEFA Çempionlar Liqasına uğurlu debüt edən “Sabah” ilk mərhələdə Uelsin TNS klubuna ümumi hesabla 4:1 qalib gələn “bayquşlar” II təsnifat mərhələsində Finlandiya çempionu KuPS-a rəqib oldu. Bu duel daha mürəkkəb sınaq vəd edir. Mövsümün qızğın çağını yaşayan KuPS fiziki hazırlıq, oyun ritmi və rəqabət təcrübəsi baxımından TNS-ə nəzərən daha təhlükəli kollektivdir. Bu qarşıdurma həm də “Sabah”ın Finlandiya komandaları ilə birinci üzləşməsi olacaq. Masazır təmsilçisinin heyətində itkilər yoxdur. KuPS Bakıya yaxşı formada gəlib. Kuopio təmsilçisi Finlandiya çempionatında keçirdiyi 16 oyundan sonra 33 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Komanda bu müddətdə yalnız bir dəfə məğlub olub, rəqib qapılarına 29 qol vurub və 15 top buraxıb.

Qeyd edək ki, “Sabah”- KuPS matçı bu gün saat 20-də  Əlincə stadionunda start götürəcək. Oyunu polşalı referi Lukaş Kuzma idarə edəcək.