Albaniyanın paytaxtı Tiranada təşkil edilən güləş üzrə Avropa çempionatında mübarizə davam edir. Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.
Bununla yanaşı, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərini keçirəcəklər.














