Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib. Monakoda keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da 8 rəqibi müəyyənləşib. Dördüncü səbətdə yer alan Ağdam klubu püşkatmaya əsasən doğma meydanda “Çelsi”, “Ayntraxt”, “Ayaks”, “Kopenhagen”, səfərdə isə “Liverpul”, “Benfika”, “Napoli” və “Atletik Bilbao” kollektivləri ilə üzləşəcək. Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək. Görüşlərin təqvimi avqustun 30-u açıqlanacaq.